Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək


Digərləri 08 Sen 2019 10:03:00 212 0

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

10 sentyabr 2019-cu il tarixində Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək.

BFB-dən Son.az-a bildirilib ki, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib;

Dövlət istiqrazının növü Faizli, ortamüddətli dövlət istiqrazları Qiymətli kağızın ISIN kodu AZ0105017757 Emissiya həcmi 15 000 000 AZN Nominal dəyəri 100 AZN İstiqrazların tədavül müddəti 728 gün Faiz ödənişləri (olduqda) 10 mart 2020-cu il, 08 sentyabr 2020-ci il, 09 mart 2021-ci il, 07 sentyabr 2021-ci il Faiz gəliri 7.5 % Ödəmə tarixi 07.09.2021 Anderrayter Paşa Kapital İŞ

QSC

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.