Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
Digərləri 08 Sen 2019 10:00:00 231 0
10 sentyabr 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək
Bakı.
10 sentyabr 2019-cu il tarixində Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək.
BFB-dən Trend-ə bildirilib ki, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib;
Dövlət istiqrazının növü
Faizli, ortamüddətli dövlət istiqrazları
Qiymətli kağızın ISIN kodu
AZ0105017757
Emissiya həcmi
15 000 000 AZN
Nominal dəyəri
100 AZN
İstiqrazların tədavül müddəti
728 gün
Faiz ödənişləri (olduqda)
10 mart 2020-cu il, 08 sentyabr 2020-ci il, 09 mart 2021-ci il, 07 sentyabr 2021-ci il
Faiz gəliri
7.5 %
Ödəmə tarixi
07.09.2021
Anderrayter
Paşa Kapital İŞ
QSC
Mənbə: az.trend.az