Göygöldə mühafizəçi bankın aparıcı mütəxəssisinin boğazını kəsdi


Kriminal 08 Sen 2019 09:28:00 246 0

Göygöldə mühafizəçi bankın aparıcı mütəxəssisinin boğazını kəsdi

Göygöldə bank işçisi qətlə yetirilib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Üçtəpə kəndində yaşayan, Beynəlxalq Bankın Gəncə fililanın aparıcı mütəxəssisi Cəlili Günay Yusif qızı yaşadığı evdə boğazından bıçaqlanaraq qətlə yetirilib. 

Məlumata görə, G.Cəlilinin həyat yoldaşı 10 il əvvəl dünyasını dəyişib. O, atası və iki övladı (bir qız, bir oğlan) ilə birgə yaşayırmış. Qətl baş verən gün - ötən gecə isə qadının bibisi onların evində olub.

Məlumata görə qətli, qadının iş yoldaşı, Beynəlxalq Bankın Gəncə filialında mühafizəçi işləyən 28 yaşlı Orxan Məmmədov törədib.