Yəmən üsyançılarının buraxdığı pilotsuz uçuş aparatı vuruldu


Dünya 08 Sen 2019 09:15:00 253 0

Yəmən üsyançılarının buraxdığı pilotsuz uçuş aparatı vuruldu

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri Ənsar Allah (husilər) Yəmən üsyançı hərəkatının tərəfdarları tərəfindən buraxılan pilotsuz uçuş aparatını ələ keçirərək vurub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Al Arabiya" telekanalı bildirib.

Məlumata əsasən, dron iki ölkənin sərhəddini keçməzdən əvvəl Yəmənin hava məkanında vurulub.

Pilotsuz təyyarə, koalisiya nümayəndələrinin sözlərinə görə, Yəmənin Əmran əyalətinin ərazisindən atılıb.