Bakıda ikimərtəbəli evdə yanğın olub


Digərləri 08 Sen 2019 09:19:00 201 0

Bakıda ikimərtəbəli evdə yanğın olub

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 300 m² olan ikimərtəbəli 3 otaqlı evin birinci mərtəbəsində yerləşən sahəsi 70 m² olan sauna otağının yanar konstruksiyaları 7 m² sahədə yanıb, yüksək temperaturdan lambirdən ibarət tavanı 70 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​