Çində baş verən zəlzələ nəticəsində ən azı 1 nəfər ölüb, 29 nəfər yaralanıb


Digərləri 08 Sen 2019 08:50:00 159 0

Çində baş verən zəlzələ nəticəsində ən azı 1 nəfər ölüb, 29 nəfər yaralanıb

Çinin Veyyuan qəzasında (Sıçuan vilayəti) 5,4 bal gücündə zəlzələ nəticəsində bir nəfər ölüb, 29 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb

Bakı. Sentyabrın 8-də Çinin Veyyuan qəzasında (Sıçuan vilayəti) 5,4 bal gücündə zəlzələ nəticəsində bir nəfər ölüb, 29 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Trend-in məlumatına görə, bu barədə Çinin Mərkəzi televiziyası xəbər verib. Onun sözlərinə görə, iki yaralının vəziyyəti ağır kimi qiymətləndirilir. Yeraltı təkanlar nəticəsində 17 ev dağılıb, daha 215 evə ziyan dəyib.