Bakıda ikimərtəbəli ev yanıb


Digərləri 08 Sen 2019 08:14:15 228 0

Bakıda ikimərtəbəli ev yanıb

Bakıda yanğın qeydə alınıb

Bakı. Bakıda yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 300 m² olan ikimərtəbəli 3 otaqlı evin birinci mərtəbəsində yerləşən sahəsi 70 m² olan sauna otağının yanar konstruksiyaları 7 m² sahədə yanıb, yüksək temperaturdan lambirdən ibarət tavanı 70 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​