"Cənub Qaz Dəhlizi" Avropanın qaz bazarının perspektivlərini artırır Səfir


Digərləri 08 Sen 2019 08:06:00 217 0

"Cənub Qaz Dəhlizi" Avropanın qaz bazarının perspektivlərini artırır  Səfir

Xəzər qazının "Cənub Qaz Dəhlizi" və Trans-Adriatik qaz kəməri (TAP) vasitəsilə nəqli Avropanın təbii qaz bazarını çox perspektivli edir.

Son.az bildirir ki, bunu Trend-ə Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Kanellos deyib.

Səfir bildirib ki, tərəflər Azərbaycan qazının növbəti onilliyin sonunadək Qərbi Avropaya çatması üçün çalışır.

Onun sözlərinə görə, Yunanıstan regionda enerji təhlükəsizliyinə nail olmaq və enerji marşrutlarının şaxələndirilməsi üçün "Şaquli qaz dəhlizi"nin tətbiq olunmasını dəstəkləyir.