Ərəbistan koalisiyası Yəmən üsyançılarının buraxdığı pilotsuz uçuş aparatını vurub


Digərləri 08 Sen 2019 07:49:58 189 0

Ərəbistan koalisiyası Yəmən üsyançılarının buraxdığı pilotsuz uçuş aparatını vurub

Ənsar Allah (husilər) Yəmən üsyançı hərəkatının tərəfdarları tərəfindən buraxılan pilotsuz uçuş aparatı vurulub

Bakı. Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri Ənsar Allah (husilər) Yəmən üsyançı hərəkatının tərəfdarları tərəfindən buraxılan pilotsuz uçuş aparatını ələ keçirərək vurub. Trend-in məlumatına görə, bu barədə "Al Arabiya" telekanalı bildirib. Məlumata əsasən, dron iki ölkənin sərhəddini keçməzdən əvvəl Yəmənin hava məkanında vurulub.