Çində bir nəfər 5,4 bal gücündə zəlzələdən xəsarət alıb


Digərləri 08 Sen 2019 05:05:00 189 0

Çində bir nəfər 5,4 bal gücündə zəlzələdən xəsarət alıb

Çinin Siçuan vilayətində 5,4 bal gücündə zəlzələ qeydə alınıb

Bakı. Çinin Siçuan vilayətində 5,4 bal gücündə zəlzələ qeydə alınıb. Trend-in məlumatına görə, bu barədə Çinin seysmoloji mərkəzi bildirib. Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 06:42-də Veyyuan qəzasında baş verib. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib.