"Boeing" yeni laynerin sınaqları zamanı texniki problemlərlə üzləşib


Digərləri 08 Sen 2019 02:30:00 257 0

"Boeing" yeni laynerin sınaqları zamanı texniki problemlərlə üzləşib

Amerikanın "Boeing" konserni 777X laynerinin sınaqları zamanı texniki problemlərlə üzləşib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, nasazlıqlar səbəbindən sınaqlar dayandırılıb. Konsern nümayəndəsinin sözlərinə görə, təyyarənin sınağı sertifikatlaşdırma prosesinin bir hissəsidir və ABŞ Federal Aviasiya İdarəsinin (FAA) inspektorlarının iştirakı ilə keçirilib. Hazırda baş verənlər təhlil edilir və səbəblərin müəyyənləşdirilməsi üzrə iş aparılır.

Agentliyin məlumatına əsasən, test zamanı təyyarənin qapısı qopub və bu, belə sınaqlarda çox az rast gəlinən hadisədir.

"Boeing 777X" təyyarəsinin ilk uçuşu 2020-ci ilin əvvəlinə planlaşdırılmışdı.

(adsgarden = window.adsgarden || []).push({});