Antarktidadakı Tueytsa buzlağı 40 il ərzində 25 faiz nazilib


Digərləri 08 Sen 2019 00:45:00 251 0

Antarktidadakı Tueytsa buzlağı 40 il ərzində 25 faiz nazilib

Antarktidadakı Tueytsa buzlağının 40 il ərzində dörddəbir hissəsi nazilib. O, ehtimal edildiyindən daha sürətlə əriyir. Əgər nəhəng buzlaq tamamilə əriyərsə, o zaman dünya okeanında suyun səviyyəsi yarım metr qalxacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatçılar Tueytsa şelf buzlağının qalınlığının öyrənilməsi üçün radiolokasiya məlumatlarından istifadə ediblər. Onlar ötən əsrin 70-ci illərinin məlumatlarını müasir göstəricilərlə birləşdiriblər.

Məlum olub ki, 1978-ci ildən 2009-cu ilədək şelf buzlağının qalınlığı bəzi yerlərdə 33 faiz azalıb. Tueytsa ümumilikdə, bu dövr ərzində təxminən özünün dörddəbir sahəsini itirib.

"1970-ci illərdə Antarktikanın buz örtüyünün təxminən yarısı bort çəkilişlərinin köməyi ilə sistematik olaraq tədqiq edilib", - deyə arxiv məlumatları ilə 20 ildən çox məşğul olan professor Martin Zigert bildirib.

"Buz qalınlığının bu ilk ölçüləri 40 ildən sonra böyük əhəmiyyət kəsb edir. Çünki həmin ölçülər buz örtüyünün son onilliklərdə baş verən dəyişikliklərini görməyə şərait yaradır", - deyə alim əlavə edib.

Kaliforniyanın Stenford Universitetindən olan geofizik Dastin Şröder isə deyib: "Bu qeydlərə malik olarkən biz indi şelf buzunun harada nazikləşdiyi və dağıla biləcəyi sahələrini görə bilərik. Bu, kifayət qədər çətin keçilə bilən rayondur və bəxtimiz onda gətirib ki, 70-ci illərin tədqiqatçıları təsadüfən bu şelf buzlağının üzərindən uçublar".

(adsgarden = window.adsgarden || []).push({});