Fransada yük maşınında 933 kiloqram həşiş daşıyan polşalı sürücü tutulub


Dünya 07 Sen 2019 23:21:00 258 0

Fransada yük maşınında 933 kiloqram həşiş daşıyan polşalı sürücü tutulub

Fransanın şərqindəki İzer departamentində gömrükdəki yük maşınından ən az 933 kiloqram həşiş (mariuxanın qatranı) tapılıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "France Bleu" radiostansiyası bildirib.

Məlumata əsasən, Polşadan olan sürücü həbs edilib.

Qeyd edilir ki, Vyen və Revanten-Voqri kommunaları arasındakı yolda narkotik daşıyan iri qabaritli maşın tutulub.