Rusiyada MSK sədrinə hücum edən şəxs saxlanıldı


Dünya 07 Sen 2019 23:36:00 260 0

Rusiyada MSK sədrinə hücum edən şəxs saxlanıldı

Rusiya polisi ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Ella Pamfilovaya sentyabrın 6-da evində törədilən hücumla bağlı bir nəfər şübhəli şəxsi saxlayıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, onun adı-soyadı Başit Karabalayevdir.

36 yaşlı kişi Qazaxıstandan Rusiyaya qazanc dalınca gedib və artıq neçə ildir ki, orada yaşayır. İşlə bağlı aldadılandan sonra o, pasportunu itirib və "bomj" həyatı yaşamağa məcbur olub.

Karabalayev qəsəbə yaxınlığındakı meşədə saxlanılıb. O bildirib ki, evə qida üçün girib və oranın kimə məxsus olduğunu bilməyib.

Daha əvvəl bildirilmişdi ki, şübhəli şəxs şənbə günü, sentyabrın 7-də saxlanılıb. Daxili İşlər Nazirliyində qeyd etmişdilər ki, o, Orta Asiya respublikalarından birinin 1983 təvəllüdlü vətəndaşıdır.