İmam Hüseyn (ə) QuraniKərimə hansı cəhətləri ilə bənzəyir?


Digərləri 07 Sen 2019 23:45:00 253 0

İmam Hüseyn (ə) QuraniKərimə hansı cəhətləri ilə bənzəyir?

Qurani-Kərimdə buyurulur: "Hər kəs şərəf-şan, izzət-qüdrət və qələbə istəyirsə (bilsin ki,) bunlar birbaşa Allaha məxsusdur (və bunları Ondan istəməlidir); pak sözlər (pak sözlərdən ibarət olan tovhidə və əqidə üsullarına etiqad)On(un dərgahın)a tərəf yüksələr və pak sözü isə yaxşı əməl yuxarı qaldırar". ("Fatir" 10).

İmam Hüseyn (ə) Kərbəlada qiyam edərək, izzət tələbində olmuşdur. Onun şüarı bu idi: "Heyhat minnaz-zilləh".

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Hüseynin (ə) başqa Məsum İmamlar (ə) kimi Qurana çox bənzərlikləri vardır. O cümlədən:

1. Quran insanların üzərində olan hüccətdir. İmam Hüseyn (ə) də insanlar üzərində olan Allahın hüccəti idi.

2. Quran oxumaq və ona baxmaq ibadətdir. İmam Hüseynin (ə) məzlumluğuna ağlamaq da ibadətdir.

3. İmam Hüseynin (ə) ziyarəti qəm və qüssə ilə bir yerdə olmalıdır. Quranın da xəbərdarlıqlarını qəm və qüssə ilə oxumaq lazımdır.

4. Quran - şəfa mənbəyidir. İmam Hüseyn (ə) türbəti də insanlara şəfa verir.

5. Quran - əziz kitabdır. İmam Hüseyn (ə) də həm davamçıları və həm də qeyriləri tərəfindən seviləndir.

6. Hər ikisi də bəşərin hidayət mənbəyidir.

7. Hər ikisi haqqın nurudur.

8. Hər ikisi də şəfaət edəcəkdir.

9. Hədislərimiz buyurur ki, Quran - kəlamların seyyididir. İmam Hüseyn (ə) də şəhidlərin seyyididir.

(adsgarden = window.adsgarden || []).push({});