Azadlığa buraxılan jurnalist: Onlar həbs edilməməlidir


Dünya 07 Sen 2019 23:52:00 224 0

Azadlığa buraxılan jurnalist: Onlar həbs edilməməlidir

Jurnalistlər həbs edilməməlidir.

Son.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri bu gün Rusiya və Ukrayna arasında razılaşma çərçivəsində sərbəst buraxılan "RİA Novosti" agentliyinin Ukrayna bölməsinin rəhbəri Kirill Vışinki mətbuata açıqlamasında deyib. Vışinki həbsdə olduğu müddətdə ona edilən dəstəyə görə hər kəsə təşəkkür edib:

"İnsanlar mənə zəng edib, təbrik edirlər. Mənim üçün nə qədər narahat olduğunuzu bilirəm. Jurnalist həbs edilməməlidir. Soyadının nə olmasından asılı olmayaraq jurnalistin bağlı olduğu qurumun buna kəskin reaksiya verməsi önəmlidir. Buna görə hər kəsə təşəkkür edirəm".

Jurnalist günahsızlığını sübut etmək üçün Kiyevə gedərək məhkəmə iclaslarında iştirak edəcəyini qeyd edib.