“Peyğəmbərin şairi” ləqəbli şəxs kimdir?


Digərləri 07 Sen 2019 23:40:00 308 0

“Peyğəmbərin şairi” ləqəbli şəxs kimdir?

Bu ləqəbin daşıyıcısı İslamın ilk dövrlərində yaşamış məşhur ərəb şairi Həssan ibn Sabitdir. Xəzrəc qəbiləsinə mənsub idi, ənsardan sayılırdı. Həssan həm cahiliyyə dövründə, həm də İslam əsrində yaşamışdı. Peyğəmbərin Yəsribə hicrəti zamanı Həssanın 60 yaşı vardı.

Son.az islam.az-a istinadən bildirir ki, Həssanın şeirlərinin əksəriyyəti İslamın tanıdılması, Həzrət Mühəmməd Peyğəmbərin (s) tərifi və Onu tənqid edənlərin həcvi mövzusundadır. Müşrik şairlər Peyğəmbərə təhqirlərlə dolu şeirlər həsr edəndə Həssan onları öz şeiri ilə susdururdu. Mədinədə Peyğəmbər məscidində Həssan üçün minbər qoymuşdular. O, minbərə qalxaraq əlamətdar hadisələri nəzmlə təsvir edirdi. Həssan özünün ən məşhur qəsidələrindən birini Qədir-Xüm günündə söyləmişdi.

Osman ibn Affanın qətlindən sonra Həssan sair səhabələrlə birlikdə Əli ibn Əbu Talibə (ə) beyət etdi. Lakin təəssüf ki, Cəməl savaşı ərəfəsində Müaviyəyə qoşuldu və camaatı Əlidən (ə) uzaqlaşdırmağa başladı. Bununla da tarixdə öz adını ləkələmiş oldu.

Həssan ibn Sabit 120 yaşında vəfat etmişdir. Maraqlıdır ki, onun atası, babası və atasının babası da 120 il yaşamışlar.

(adsgarden = window.adsgarden || []).push({});