Gimnastımız Dünya Kubokunda qızıl medal qazanıb


Digərləri 07 Sen 2019 23:16:00 178 0

Gimnastımız Dünya Kubokunda qızıl medal qazanıb

Bu gün, daha bir medal xəbəri Macarıstandan gəli

Bakı. Bu gün, daha bir medal xəbəri Macarıstandan gəli. Azərbaycan Gimnastika Federasiyasında Trend-ə verilən məlumata görə, belə ki, Sombatxey şəhərində 25 ölkənin iştirakı ilə keçirilən idman gimnastikası üzrə “Challenge” seriyasına aid Dünya Kubokunda bu gün final yarışları baş tutub. Azərbaycan yığma komandasının üzvü, yarışlarda yeganə təmsilçimiz Marina Nekrasova dayaqlı tullanma proqramında bütün rəqiblərini üstələyərək, qızıl medala sahiblənib. Gimnastımız bu uğura 14.183 xal toplamaqla nail olub.