Məhərrəmdən öyrənilməli 3 əsas dərs


Digərləri 07 Sen 2019 22:45:00 228 0

Məhərrəmdən öyrənilməli 3 əsas dərs

Məhərrəm ayı İmam Hüseyn (ə) aşiqlərinin göz yaşı baharıdır. 61-ci hicri ilinin Məhərrəm ayından indiyə qədər bu yangı və göz yaşları sönmür, qurumur. Tarix onun kimi faciəni görməmişdir.

Son.az deyerler.org-a istinadən bildirir ki, Kərbəla bir hadisə deyildir, bu, bir dərs meydanı idi. Bəs biz bu müsibətdən hansı dərsləri almışıq?

1. Bəndəlik yolunda əzm göstərmək. Allah bəndəliyi ilk olaraq onunla başlayır ki, insan Allahın bəyənmədiyi işlərdən qaçsın və bəyəndiyi əməlləri yerinə yetirsin. Misal üçün, günahı tərk etmək üçün tövbə etsin. Hürr kimi xaliscəsinə tövbə. Hürrün tövbəsi həqiqi tövbə idi.

O, öz əməllərindən peşman olaraq, İmamın (ə) ayağına gəlir və İmamın (ə) onu bağışlamasını səmimi qəlbdən istəyir. İmam (ə) da onun bu halını görən zaman, onu əfv edir. Allah da onun tövbəsini qəbul edir.

Bu hadisədə Hürrün tövbəsi bəndəlik yolunda etdiyi əzmdən xəbər verir.

2. İzzəti nəfs. Allah Təala insana kəramət bəxş etmişdir. Onu xəlq etdiyi aləmin gülü elan etmişdir. Dünyada olan hər şey insana xidmət üçün xəlq edilmişdir. Ona görə də bu cür insanın özünü zəlil hala salması bəyənilməzdir.

İmam Hüseyn (ə) bu həqiqətin daşıyıcısı olduğu üçün, lənətlik Yezidə boyun əymir və izzəti-nəfsini qorumuş olur. Biz də Aşura hadisəsindən bu dərsi almışıq ki, bəzən ölmək, yaşamaqdan daha üstündür. Kəramətli ölüm, zəlil və xar halda yaşamaqdan daha üstündür.

(adsgarden = window.adsgarden || []).push({});