ABŞ İranın kosmik agentliyini sanksiya ilə hədəfə aldı


Digərləri 07 Sen 2019 22:40:00 227 0

ABŞ İranın kosmik agentliyini sanksiya ilə hədəfə aldı

ABŞ-ın Xəzinə Nazirliyi İranın Kosmik Agentliyi, Aviasiya və Kosmos Araşdırma İnstitutu və Kosmos Araşdırmaları Mərkəzinə qarşı sanksiya tətbiq etməyi barədə qərar qəbul etdiyini bildirib.

Son.az deyerler.org-a istinadən bildirir ki,  ABŞ-ın dövlət katibi Mayk Pompeonun yazılı açıqlamasında da, İranın Kosmos Agentliyi və agentliyə bağlı iki araşdırma qurumunun, kütləvi qırğın silahlarının yayılması baxımından "həssas" fəaliyyətlə məşğul olması səbəbilə qara siyahıya salındığı qeyd olunub.

İranın ballistik raketləri inkişaf etdirmək proqramlarını gizlətmək üçün kosmos proqramını istifadə etməsinə icazə verməyəcəklərini bildirən Pompeo, belə danışıb: "İranın 29 avqustda kosmosa raket buraxma səyi təhdidin aktuallığını göstərir".

Qərarda, həmçinin İranın kosmos proqramı ilə əməkdaşlıq edilməsinin Tehranın nüvə silahı sistemini inkişaf etdirmək qabiliyyətini artıra biləcəyi üçün bütün beynəlxalq elmi cəmiyyətə xəbərdarlıq edilərək, belə bildirilib: "ABŞ ilk dəfədir ki, İranın ballistik raket inkişaf etdirmək proqramının inkişafına kömək edən bir mülki kosmik agentliyə qarşı sanksiya qərarı verir".

(adsgarden = window.adsgarden || []).push({});