Fransada yük maşınında 933 kiloqram həşiş daşıyan polşalı sürücü tutulub


Digərləri 07 Sen 2019 22:10:00 187 0

Fransada yük maşınında 933 kiloqram həşiş daşıyan polşalı sürücü tutulub

Fransanın şərqindəki İzer departamentində gömrükdəki yük maşınından ən az 933 kiloqram həşiş (mariuxanın qatranı) tapılıb

Bakı. Fransanın şərqindəki İzer departamentində gömrükdəki yük maşınından ən az 933 kiloqram həşiş (mariuxanın qatranı) tapılıb. Trend-in məlumatına görə, bu barədə "France Bleu" radiostansiyası bildirib. Məlumata əsasən, Polşadan olan sürücü həbs edilib. Qeyd edilir ki, Vyen və Revanten-Voqri kommunaları arasındakı yolda narkotik daşıyan iri qabaritli maşın tutulub.