Alimlər Arktikada yeraltı buzlaqların əriməsinin fəlakətə səbəb olacağını deyir


Digərləri 07 Sen 2019 21:40:00 273 0

Alimlər Arktikada yeraltı buzlaqların əriməsinin fəlakətə səbəb olacağını deyir

Yeraltı buzlaqların əriməsi kütləvi şəkildə metan qazının çıxmasına səbəb olur. Bu da gələcəkdə iqlimin dəyişməsinə səbəb ola bilər. Alimlər hal-hazırda Şərqi Arktikada baş verən proseslərin dərəcəsini qiymətləndirir.

Son.az deyerler.org-a istinadən bildirir ki,  alimlər yaxın zamanlarda mütəxəssislər ilə birgə elmi tədqiqat gəmisində Şərqi Arktika suları istiqamətində növbəti ekspedisiyaya yollanacaqlar. Son on ildə iqlimin təsiri nəticəsində buzlaqların ərimə prosesinin izlənilməsi əsasən quruda aparılmışdır.

Alimlərin fikrinə görə, son 30 ildə Şərqi Arktikada yeraltı buzlaqların əriməsi iki dəfə artmışdır. Ötən əsrlə müqayisədə buzlaqların əriməsi ildə 18 santimetrə çatıb. Alimlər bildirir ki, yeraltı buzlaqların əriməsi stabil deyil. Burada metanın konservasiyanın dayanması, eyni zamanda həll edilmiş və atmosfer metanın formalaşması baş verir.

(adsgarden = window.adsgarden || []).push({});