Fast food restolanlarında Burger King ye, pulunu bitkoinlə ödə...


Digərləri 07 Sen 2019 21:50:00 222 0

Fast food restolanlarında Burger King ye, pulunu bitkoinlə ödə...

Burger King fast food restolanlar şəbəkəsi və PwC konsaltinq şirkəti regionlarda yerləşən ofislərində bitkoini qəbul edəcək.

Son.az ted.az-a istinadən bildirir ki, Burger King fast food restoranlar şəbəkəsinin Almaniya filialının veb-saytında və mobil tətbiqetməsində bitkoin istifadəsinə başlanılıb.

Almaniyanın 600-ə yaxın olan Burger King restoranlarında kriptovalyutanın birbaşa qəbul ediləcəyi barədə rəsmi məlumat hələ yayılmayıb. Lakin şəbəkənin Almaniya şöbəsinin veb-saytının ana səhifəsində bitkoin də ödəniş vasitəsi olaraq qeyd edilib.

Bundan əlavə, oktyabrın 1-dən etibarən dünyaca məşhur konsaltinq şirkəti PricewaterhouseCoopers (PwC) Lüksemburqdakı bölməsindən BTC-ni qəbul etməyə başlayacaq.

(adsgarden = window.adsgarden || []).push({});