Dünyada ən bahalı kommersiya xidmətini bu şirkət göstərir


Digərləri 07 Sen 2019 21:25:00 273 0

Dünyada ən bahalı kommersiya xidmətini bu şirkət göstərir

İngiltərə mərkəzli beynəlxalq strateji konsaltinq şirkəti "Brand Finance" özündə müştərilərinə kommersiya xidmətləri təklif edən şirkətlərin  dəyərinə görə sıralamasını əks etdirən "Commercial Services 50" hesabatını dərc edib.

Son.az fins.az-a istinadən bildirir ki, sözügedən kateqoriyada dünyanın ən dəyərli şirkəti "Deloitte" olub. Belə ki, şirkətin marka dəyəri ötən ilə nisbətən 42.2% artaraq, 29.63 milyard ABŞ dolları olub. "VISA" 34% bahalaşaraq, 27.68 milyard ABŞ dolları ilə ikinci yerdə qərarlaşıb. Üçüncü olan "American Express" şirkətinin ümumi dəyəri isə 81.8% artaraq 27.46 milyard ABŞ dolları olub. Sıralamada dördüncü və beşinci yerlər isə müvafiq olaraq, "Accenture" (26.3 milyard $) və "PwC" (24.9 milyard $) şirkətlərinə layiq görülüb

(adsgarden = window.adsgarden || []).push({});