Bədəndəki iltihabı məhv edən bitkilər –


Digərləri 07 Sen 2019 21:12:00 293 0

Bədəndəki iltihabı məhv edən bitkilər –

Faydalarını duyduqdan sonra çox təəccüblənəcəksiniz.

Son.az medicina.az-a istinadən xeyirləri ilə orqanizminizi qışa hazırlayacaq qidaları təqdim edir. Orqanizmdə iltihab bir çox xəstəliklərə səbəbə olur. Qan və sidik analizi ilə orqanizmdəki iltihab təsdiqlənir. Nəticədə xəstəliklərlə mübarizə üçün müxtəlif müalicə kursları keçməyə məcbur ola bilərsiniz. Əgər tez-tez xəstələnirsinizsə, iştahasızlıq və halsızlıq varsa, vücudunuzda iltihab ola bilər.

Antibiotik təsiri bağışlayan qidalar:   SARIKÖK İltihablara qarşı təsirli antiksidant qaynağıdır. Sarıkökün tərkibindəki "curcumin" maddəsi iltihaba səbəb olan molekulları məhv edir. Sarıkök oynaq iltihabı və əzələ burxulması kimi xəstəliklərin müalicəsində təsirlidir. Oynaqlardakı ağrıları aradan qaldırır. Sarıkökü şəfa məqsədli qəbul etmək üçün, hər sabah bir çay qaşığı sarıkökü bir stəkan suya qatıb istehlak etmək lazımdır. Bundan başqa bir çay qaşığı sarıkökü 1 su stəkanı ilıq südə qatıb qəbul edə bilərsiniz. Həftədə 3 dəfə istehlak etmək yetərlidir.   ZƏNCƏFİL  Zəncəfildən mütəmadi olaraq istifadə etdikdə revmatizm ağrılarını azladır. Eyni zamanda şişkinliyi yox edir. Zəncəfil toz və kök formasında istifadə edilə bilər. Lakin  istehlak etməzdən əvvəl mütləq həkimlə məsləhətləşin. Çünki zəncəfil həm də qan durulducudur.

SARIMSAQ Sarımsağın  analoji faydasından bəhrələnmək üçün həftədə bir neçə dəfə bir diş udulur. Sarımsağı eyni ilə dərman içilən kimi, bir stəkan su ilə qəbul etmək lazımdır.

İSPANAQ Yaxşı antiksodantdır. Eyni zamanda  E vitamini mənbəyidir. Tərkibində olan  digər bir maddə isə alfa-lionelik adlı turşudur. Bu maddə iltihabların səbəb olduğu ağrıları azaldan bir təsirə malikdir. Iltihabı qurudur. İspanaqdan faydalana bilmək üçün ondan yemək hazırlaya və ya suyunu içə bilərsiniz.   ZEYTUN YAĞI İltihab qurutma xüsusiyyətinə malikdir. Bunun üçün saflaşdırılmış zeytun yağı və təbii olmasına diqqət etmək lazımdır. Davamlı olaraq qəbul etdikdə bədənin müqavimətini artırır. Hər sabah bir yemək qaşığı qəbul etsəniz, sağlamlığınıza müsbət təsir edəcək.

(adsgarden = window.adsgarden || []).push({});