Polşanın Azərbaycana yatırdığı investisiyaların


Digərləri 07 Sen 2019 20:36:00 207 0

Polşanın Azərbaycana yatırdığı investisiyaların

Bu günədək Polşa Azərbaycan iqtisadiyyatına 20,4 milyon dollar investisiya qoyub.

Son.az bildirir ki, bunu Trend-ə Polşa İnvestisiya və Ticarət Agentliyinin Bakıdakı xarici ticarət nümayəndəliyinin direktoru Elnarə Məmmədova deyib.

O qeyd edib ki, Azərbaycan öz növbəsində Polşa iqtisadiyyatına 10 milyon dollar investisiya yatırıb.

E.Məmmədovanın sözlərinə görə, Azərbaycanda 18 Polşa şirkəti qeydiyyata alınıb:

"Bu şirkətlər xidmətlər, sənaye, ticarət və digər sahələrdə işləyir. Eyni zamanda, bizim əməkdaşlığımız üçün möhkəm hüquqi baza yaradılıb, 50-yə yaxın ikitərəfli sənəd imzalanıb".