Uşağın oğlan və ya qız olması kimdən asılıdır? –


Digərləri 07 Sen 2019 20:12:00 246 0

Uşağın oğlan və ya qız olması kimdən asılıdır? –

XXI əsr olmasına baxmayaraq, elmin-tibbin inkişaf etdiyi bir zamanda hələ də uşağın cinsiyyətinə görə qadınları qınayan kişilər və hətta qadınlar da az deyil.

Son.az medicina.az-a istinadən döllənmə zamanı uşağın cinsiyyətinin necə formalaşması və qismətinizə oğlan və ya qız yazılmasının təbii, tibbi prosesini izah edir.

Qadının bütün yumurta hüceyrələri X xromocom tərkiblidir.

Kişinin yüz milyonluq sperma payının yarısı X xromosom, yarısı isə Y-xromosomdur.

Əgər qadının onsuz da bir tip olan X xromosomlu yumurtahüceyrəsi ilə kişinin X spermatozoidi birləşsə, XX - deməli qız uşağı döllənir, əgər Y xromosomlu spermatozoid birləşsə XY - deməli, oğlan mayalanır.

Bu sadə bioloji qanunauyğunluqla  demək olar ki, gələcək uşağın cinsi atanın xromosomlarından, daha doğrusu hansı spermatozoidinin irəli düşməsindən asılıdır.

Lakin bir çox mütəxəssislər bildirir ki, bu hələ hamısı deyil: uşağın cinsi ananın da qidalanmasından, atanın genlərindən, qidasından və cinsi əlaqə aktının formasından belə asılıdır.

Bununla barışmaq lazımdır,  çünki hər bir fikrin elmi izahı və araşdırması var.  

Qadından nə asılıdır?

Əgər qadının yumurtahüceyrəsinin DNT-də genetik olaraq hər hansı mutasiya varsa, bu zaman onda X spermatozoidlər yaşamır. O zaman bu qadından doğulan uşaqlar ancaq oğlan olacaq.

X və Y spermatozoidləri fərqli xassələrə malikdirlər - onlar həyata da, qadın orqanizminə də, yumurtahüceyrəyə də müxtəlif cür reaksiya göstərirlər. Əgər bu fərqlilikdə X spermatozoidlər daha dözümlü, aktiv və qadın orqanizminə və mayalanma prosesinə dözümlüdürsə, bu cütlüyün daim qızı olur, yox əgər Y smermatozoidlər daha adekvatdırsa, oğlanları doğulur.

Spermatozidlərin qaçışı

(adsgarden = window.adsgarden || []).push({});