Polşanın Azərbaycana yatırdığı investisiyaların HƏCMİ açıqlanıb


Digərləri 07 Sen 2019 20:00:00 193 0

Polşanın Azərbaycana yatırdığı investisiyaların HƏCMİ açıqlanıb

Bu günədək Polşa Azərbaycan iqtisadiyyatına 20,4 milyon dollar investisiya qoyub

Bakı. Sara İsrafilbəyova - Bu günədək Polşa Azərbaycan iqtisadiyyatına 20,4 milyon dollar investisiya qoyub. Bunu Trend-ə Polşa İnvestisiya və Ticarət Agentliyinin Bakıdakı xarici ticarət nümayəndəliyinin direktoru Elnarə Məmmədova deyib. O qeyd edib ki, Azərbaycan öz növbəsində Polşa iqtisadiyyatına 10 milyon dollar investisiya yatırıb. E.Məmmədovanın sözlərinə görə, Azərbaycanda 18 Polşa şirkəti qeydiyyata alınıb: "Bu şirkətlər xidmətlər, sənaye, ticarət və digər sahələrdə işləyir. Eyni zamanda, bizim əməkdaşlığımız üçün möhkəm hüquqi baza yaradılıb, 50-yə yaxın ikitərəfli sənəd imzalanıb".