Nokia 80 milyon smartfon satmasına baxmayaraq...


Digərləri 07 Sen 2019 19:55:00 250 0

Nokia 80 milyon smartfon satmasına baxmayaraq...

Zərərlər istehsalda əhəmiyyətli investisiyalar, logistika, tədqiqat və inkişafla bağlıdır

Son.az ted.az-a istinadən bildirir ki, HMD Global 2018-ci il üçün işin nəticələri haqqında bəzi detalları açıqlayıb. Tam hesabat bir neçə həftə sonra dərc olunacaq.

Bu hesabata görə, keçən il HMD Global bütün dünyada Nokia-nın 80 milyon mobil telefon və smartfonlarını satıb. Qeyd edək ki, 2017-ci ildə satış 70 mln. ədəd təşkil etmişdi.

HMD Global-dan bildirilir ki, satış həcmi 2,4 milyard avro təşkil edib, xalis zərər isə 189 milyon avro olub. Beləliklə, satışlar artıb, lakin şirkət mənfəət əldə etməyib. Juho Sarvikas (Juho Sarvikas) tərəfindən izah edildiyi kimi, zərərlər istehsalda əhəmiyyətli investisiyalar, logistika, tədqiqat və inkişafla əlaqələndirilir.

(adsgarden = window.adsgarden || []).push({});