Kərbəlanın igid xanımları


Digərləri 07 Sen 2019 19:40:00 195 0

Kərbəlanın igid xanımları

İmam Hüseyn (ə) karvanında öz ərləri və övladları ilə Kərbəlaya gələn çox sayda xanım vardı. Onların bəzisi hətta İmam Hüseyni (ə) müdafiə etmək üçün döyüş meydanına belə getmiş və düşmənlə vuruşmuşdular.

Abdullah ibni Əmirin həyat yoldaşı Ummi Vəhəb

Abdullah ibni Əmir Kələbi Kufə sakini idi. Qərara almışdı ki, İmam Hüseynə (ə) yardım etmək üçün getsin. Bu qərarını həyat yoldaşı Ummi Vəhəbə deyəndə, o, dedi: "Düz iş görürsən, bu qərarını tez bir zamanda həyata keçirt. Məni də özünlə İmam Hüseynə (ə) yardım etməyə apar". Hava qaralan kimi hər ikisi gecənin qaranlığından istifadə edərək, İbni Ziyadın məmurlarının gözündən yayınaraq, özlərini Kərbəlaya çatdırdılar. İmam Hüseyn (ə) karvanında olmaq iftixarına nail oldular. Aşura günü döyüş başlayan zaman İbni Sədin ordusundan döyüşə ilk girən əsgər Ziyad ibni Əbu Sufyanın nökəri Yəsar və Ubeydullah ibni Ziyadın nökəri Salim idi.

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Hüseynin (ə) ordusundan isə Həbib ibni Məzahir və Bərir ibni Xəzər icazə istədilər. İmam Hüseyn (ə) buyurdu: "Siz oturun". Abdullah ibni Əmir Kələbi ayağa qalxdı və icazə istədi. İmam Hüseyn (ə) ona bir nəzər saldı və gördü ki, çox qüvvətli bir insandır və buyurdu: "Səni onlara tay görürəm". O, döyüş meydanına gedir və onlarla döyüşərək, hər ikisini öldürür. Bu döyüşdə o, sol əlini itirir və buna baxmayaraq, yenə də vuruşur.

Ummi Vəhəb ərini döyüşdə yaralanmış görür. Xeymənin dirəyindən birini götürüb, döyüşə qatılır. Ərinə deyir: "Atam-anam sənə fəda olsun. Bunlarla vuruş və onları Fatimə (s.ə) nəslindən uzaqlaşdır". Özü isə yenə də vuruşurdu. Abdullah arvadını döyüşən halda görür və özünü ona çatdırır və onu xeymələrə qaytarmağa çalışır. Ancaq o, ərinin köynəyini götürüb, deyir: "Qayıtmayacağam, əgər yanında şəhid olmasam". Bu zaman İmam Hüseyn (ə) bunları gördü və buyurdu: "Əhli-Beytdən (ə) sənə xeyirli bir əcr nəsib olacaqdır və xeyməyə qayıt, qadınlarla otur. Döyüş qadınlara aid deyildir". Ummi Vəhəb bu sözlərdən sonra xeyməyə qayıtdı.

Səmud Xəzrəminin qızı Bəhriyə

İmam Hüseynin (ə) tərəfdaşlarından biri də Cənadə ibni Kəəbdir. O, həyat yoldaşı Bəhriyə və oğlu Əmru ilə Kərbəlaya gəlmişdi. Aşura günü İmamın (ə) icazəsi ilə Cənadə meydana gedir. Şücaətlə vuruşur və şəhid olur. Cənadə şəhid olandan sonra isə həyat yoldaşı Bəhriyə oğlu Əmrunu döyüşə təşviq edir. Yeniyetmə oğluna döyüş paltarını geyindirir və onu İmam Hüseynə (ə) yardım etmək üçün meydana göndərir. İmam (ə) bu 12-13 yaşlı uşağı görəndə buyurur: "Bu oğlanın atası şəhid olmuşdur. Bu uşağın şəhadəti anası üçün dözülməz olar". Əmru deyir: "Anam məni sizə yardım etmək üçün göndərib".

(adsgarden = window.adsgarden || []).push({});