Kümeyl kim olmuşdur və məzarı haradadaır?


Digərləri 07 Sen 2019 19:45:00 217 0

Kümeyl kim olmuşdur və məzarı haradadaır?

Kümeyl ibn Ziyad Nəxəi İmam Əlinin (ə) ən yaxın tərəfdarlarından biri, tabiinin böyüklərindəndir. Əsli yəmənli idi. İmam Əli (ə) onu İraq torpaqlarındakı şəhərlərin birinə vali təyin etmişdi. Lakin o, Müaviyənin göndərdiyi qarət dəstələrinin qarşısında zəiflik göstərdi və mövqeləri əldən verdi. Buna baxmayaraq, Kümeyl İmam Əlinin (ə) ən sevimli dostlarından biri olmuşdur. Onu İmam Əlinin (ə) sirlərinin qoruyucusu (sahibüs-sirr) adlandırırlar. İbadət əhli olmuş, zöhd və təqvası ilə seçilmişdir. Kümeylin İmam Əlidən (ə) rəvayət etdiyi irihəcmli dua da çox məşhurdur (bu dua "Kümeyl duası" kimi tanınır).

Son.az islam.az-a istinadən bildirir ki, Kümeyl Siffeyn savaşında fəal iştirak etmiş, İmam Əlinin (ə) şəhadətindən sonra İmam Həsənə (ə) qoşulmuşdu. Əməvilər zamanında gizləndi, amma mənsub olduğu qəbiləyə qarşı təzyiq göstərildiyi üçün hökumətə təslim oldu. Hicri 82-ci və ya 83-cü ildə (miladi 701-702-ci illər) Kufə valisi Həccacın əmri ilə qətlə yetirildi. Məzarı Kufə ilə Nəcəf şəhərləri arasında yerləşir və məşhur ziyarətgahdır.

(adsgarden = window.adsgarden || []).push({});