Günahları tanıyaq


Digərləri 07 Sen 2019 19:50:00 256 0

Günahları tanıyaq

Qurani-Kərimin müqəddəs ayələrində günah məfhumu bir neçə fərqli kəlmələrlə ifadə edilmişdir. Quran mütəxəssislərinin fikrincə, Müqəddəs Kitabda günah anlayışını ifadə edən 17 sözə rast gəlirik: zənb, məsiyət, ism, səyyiə, cürm, həram, xətiə, münkər, fahiş, şərr, vizr və s. Bu ifadələrin hər birinin öz məna incəliyi vardır və günahın fərqli aspektlərini özündə ehtiva edir. Məsumların hədislərində isə bunlardan əlavə, günah mənasını verən "cərirə", "zillət", "cinayət" kimi sözlərə də rast gəlirik.

Son.az islam.az-a istinadən bildirir ki, hansı əməllərin günah sayılmasının meyarları çoxdur. Bu meyarlardan biri də Quranda bəzi əməl sahiblərinə lənət deyilməsidir. Allahın lənət oxuduğu bir əməlin günah olması inkaredilməzdir. Allahın rəhməti böyükdür və hər şeyi əhatə edər: "Mərhəmətim hər şeyi ehtiva etmişdir. Onu Allahdan qorxub pis əməllərdən çəkinənlərə, zəkat verənlərə, ayələrimizə iman gətirənlərə yazacağam!" (Əraf, 156).

Lakin günahkarlar bu rəhmətdən uzaq və məhrumdurlar. Lənət - ilahi rəhmətdən məhrum qalmaq deməkdir. Günahkar insan dənizin ortasına düşmüş top kimdir. Hər tərəf su olsa da, topun daxilinə su keçməz və quru qalar. Günahkar insan rəhmət dənizinin ortasında qərar tutsa da, bundan faydalana bilməz. Qurani-Kərimdə 18 dəstəyə lənət deyilir: kafirlər və müşriklər, inadkar yəhudilər, mürtədlər (dindən dönənlər), qanunu pozan hiyləgərlər, əhdi pozanlar, haqqı gizlədənlər, fəsad yayanlar, çoxsifətli münafiqlər, Peyğəmbərə (ə) əzab-əziyyət verənlər, zalımlar, qatillər, İblis, iffətli qadınlara zina böhtanı atanlar, doğru yolun rəhbərlərinə qarşı çıxanlar, şayiə yayanlar, yalançılar və kirli qəlbə malik olanlar.

Günahlar ağırlıq dərəcəsinə görə iki qismə bölünür: böyük günahlar (kəbirə) və kiçik günahlar (səğirə). Bu təsnifat Qurani-Kərimə əsaslanlır. Quranda buyurulur: "Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinərsinizsə, Biz də sizin qəbahətlərinizin (kiçik günahlarınızın) üstünü örtər və sizi (şərəfli bir mənzilə) çatdırarıq" (Nisa, 31).

Başqa bir ayədə də günahların böyük və kiçik olmaq üzrə iki qrupa bölündüyünün şahidi oluruq: "(Qiyamət günündə günahkarlar öz əməl dəftərlərini görüb) belə deyəcəklər: "Vay halımıza! Bu necə bir kitab imiş! O Bizim heç bir kiçik və böyük günahımızı gözdən qaçırmadan hamısını sayıb yazmışdır ki!" (Kəhf, 49).

(adsgarden = window.adsgarden || []).push({});