Puma ilk ağıllı saatı ilə qarşımızda –


Digərləri 07 Sen 2019 19:25:00 206 0

Puma ilk ağıllı saatı ilə qarşımızda –

Berlində IFA 2019 sərgisində öz sözünü deməyi bacaran idman markası Puma ilk ağıllı saatının təqdimatını keçirib. Puma bu ağıllı saatla idmançıları hədəf alır. Bəs bu saat digərlərindən nə ilə fərqlənir?

Son.az fins.az-a istinadən bildirir ki, dünyaca məşhur ağıllı saat istehsalçısı Fossil və Pumanın birgə əməkdaşlığı ilə hazırlanıb. 44 mm-lik korpusa quraşdırılmış 1,19 düymlük AMOLED ekranı ilə qarşımıza çıxan bu saat plastik və alüminium qarışığından hazırlanıb.

Wear OS bütün Android və iOS cihazlarına uyğundur. Bundan əlavə, Puma-nın ağıllı saatı Qualcomm Snapdragon Wear 3100 prosessoru ilə təchiz edilib. Saat 4 GB daxili və 512 MB operativ yaddaşla təchiz olunub. Enerji tutumu 24 saatdan çoxdur. NFC ürək dərəcəsi monitorinqi, idman izləmə, Google Now kimi inteqrasiya xüsusiyyətləri, Puma-nın ağıllı saatını daha da ağıllı edir.

Qeyd edək ki, noyabrda satışa çıxarılacaq bu saatın qiyməti 275 dollardır.

(adsgarden = window.adsgarden || []).push({});