B.Consonun qardaşı vəzifəsindən istefa verdi


Digərləri 07 Sen 2019 19:05:00 309 0

B.Consonun qardaşı vəzifəsindən istefa verdi

İngiltərənin türk əsilli Baş naziri Boris Consonun qardaşı Co Conson nazir postu və Mühafizəkarlar Partiyası millət vəkilliyindən istefa verib.

Son.az banker.az-a istinadən bildirir ki, baş nazir Cohnsonun bir ay əvvəl təşkil etdiyi hökumətdə dövlət naziri vəzifəsinə gətirdiyi Co Conson Tvitter hesabındakı paylaşmasında həm nazirlik, həm də Mühafizəkarlar Partiyası millət vəkilliyindən istefa verdiyini açıqlayıb.

"Brexit" mövzusunda böyük qardaşının tutduğu sərt xətlə razılaşmayan Co Conson mesajında "Son həftələrdə ailə bağlılığı ilə milli mənafelər arasında sıxışıb qalmışdım. Bu, çıxış yolu olmayan bir gərginlikdir. Millət vəkili və nazir olaraq mənim rolumu başqaları öz boynuna götürməlidir", - deyib.

(adsgarden = window.adsgarden || []).push({});