İran Almaniyadan təyyarə alır


Dünya 07 Sen 2019 18:06:00 290 0

İran Almaniyadan təyyarə alır

İran Almaniya şirkətindən uçuşa nəzarət təyyarəsinin satın alınması ilə əlaqədar 9,9 milyon dollar dəyərində müqavilə imzalayıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Aeroportlar və Hava Nəqliyyatı Şirkətinin icra direktoru Siyavuş Əmir Mokri deyib.

S.Əmir Mokrinin sözlərinə görə, Almaniya şirkəti ABŞ-ın İran əleyhinə tətbiq etdiyi sanksiyalara görə elan edib ki, hər bir satıcı şirkəti bu təyyarəni istehsalçı şirkətdən sifarişlə satın ala bilər.

Əmir Mokri əlavə edib ki, hazırda təyyarənin təmin olunması üçün üçüncü şirkətlə müzakirələr aparılmaqdadır və nəticə də əldə olunub.