Həm alman kəşfiyyatına, həm də KQByə işləyən şəxs


Digərləri 07 Sen 2019 17:54:00 251 0

Həm alman kəşfiyyatına, həm də KQByə işləyən şəxs

Herman Kastner keçmiş Almaniya Demokratik Respublikası (ADR) baş nazirinin müavini vəzifəsində çalışıb. Moskvada ona ADR-in növbəti baş nazirliyinə real namizəd kimi qəbul ediblər. Amma Kastner SSRİ və ADR-ə məxsus dövlət sirlərin Qərb kəşfiyyatının əlinə keçməsində mühüm rol oynayıb. 1956-cı ildə Almaniya Federativ Respublikasının kəşfiyyat xidməti (BND) onu Şərqi Almaniyadan Qərbi Almaniyaya qaçırmağa müvəffəq olub.

Son.az Teleqraf.com-a istinadən bu maraqlı siyasətçinin dosyesini təqdim edir.

Herman Kastner 1886-cı ilin 25 oktyabrında Berlində müəllim ailəsində doğulub. Berlində əvvəlcə monastırda təhsil alıb, daha sonra Berlin universitetində hüquq və iqtisadi elmlər üzrə təhsil alıb.

Jena Universitetində doktorluq dissertasiyası müdafiə edib. Berlin, Liktenburq və Köln şəhər rəhbərliyində təlim keçib. Birinci Dünya müharibəsi zamanı professor seçilib. 1920-ci ildə Drezden şəhərinə gələrək Saksoniyanın iqtisadi problemləri ilə məşğul olmağa başlayıb. Bu illərdə Almaniya Demokratik Partiyasına qoşulub, qısa müddətdə Şərqi Saksoniyada partiya sədri seçilib. 1922-1933-cü illərə qədər Saksoniya şəhər deputatı kimi fəaliyyət göstərib.

Adolf Hitler hakimiyyətə gəldikdən sonra Kastner siyasi fəaliyyətinə son qoyaraq Drezdəndə vəkil kimi işə başlayır. Məhkəmə proseslərində tez-tez anti-faşistləri müdafiə edib. Bu zaman nasist rejiminə müqavimət göstərən qruplarla, ələlxüsus Rayner Feçera qrupu ilə yüksək əlaqələri olub.

1945-ci ildə II Dünya Müharibəsindən sonra Kastner Saksoniya Vəkillər Kollegiyasını və Notariat Palatasının sədri təyin olunub.

1945-ci ilin 6 iyulunda Almaniya Demokratik Partiyasının bərpa olunması təşəbbüskarlarından biri də Kastner olub. Avqustun 15-də partiya Almaniya Liberal Demokratik Partiyası adı ilə bərpa edilib və Kastner 1947-ci ilə qədər partiyanın Saksoniya üzrə sədri olub. O, partiyyada aktiv siyasi fəallığı ilə seçilib, hətta Saksoniyada öndə gedən 70 nəfərlik Məşvərət Məclisinin üzvlərindən biri olub.

Müharibədən sonra Fridirixin Saksoniya hökumətində Kastner ədliyyə naziri postuna gətirilib. 1948-ci ilin martında Berlində Alman İqtisadi Komissiyasına daxil olmaq məqsədilə nazir postundan istefa verib. Bununla paralel olaraq maliyyə, poçt və rabitə katibliyinə rəhbərlik edib. O, eyni zamanda partiyanın 4 sədr mavinindən biri idi.

Az sonra Kastner partiyanı Alman Xalq Şurasında təmsil edib və Almaniya Demokratik Respublikasının kosntitusiyasının hazırlanmasında fəal iştirak edib. 1949-cu ildə Eyzenax şəhərində keçirilən qurultayda partiyanın sədri postuna yiyələnib. Elə həmin il Kastner ADR hökumətində baş nazirin müavini vəzifəsinə gəlib.

Amma 1950-ci ilin iyununda vəzifəsindən gedib. ADR parlamentinə seçkilərdə vahid seçki siyahısının tətbiqinə qarşı çıxıb və buna görə həm partiyada sədrlik postunu itirib, həm də təşkilatdan xaric edilib.

1951-ci ildə Kastnerə qarşı irəli sürülən korrupsiya ittihamları rədd edilib və bəlli olub ki, baş nazirin müavini və maliyyə proseslərinə kurasiya etdiyi dövrdə heç bir nöqsana yol verməyib. Buna baxmayaraq Kastner siyasi fəaliyyətini davam etdirmək niyyətindən vaz keçib. Bir müddət Təşviqat Komitəsinə sədrlik edib, amma bu post Kastnerə əhəmiyyətsiz görünüb.

1956-cı ilin sentyabrında ADR hökumətinin xəbəri olmadan Herman Kastner qərb kəşfiyyatının (BND) adını "Payız havası" qoyulan əməliyyat sayəsində Berlindən çıxarılıb və Münhenə gətirlib.

Məhz bu zaman Moskva və Berlində hakimiyyətdə olan kommunistlər anlayıb ki, Kastner BND və ya Mərkəzi Kəşfiyyat İdarəsinin casusu imiş.

Bundan sonra aydın olub ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Kastnerə tor quraraq onu Almaniya Federativ Respublikasının kəşfiyyat xidmətinə informasiya ötürməyə razı sala bilib. Bu məqsədlə Kastnerə Meissin yepiskopu Henrix Vinken yaxınlaşıb və təklif edib ki, dövlətin daxili durumu, qəbul edilən qərarlar, Moskvadan gələn təlimatlar haqqında qərb kəşfiyyatına informasiya ötürsün. Bu informasiya axını Mərkəzi Kəşfiyyat İdarəsinin Qərbi Berlindəki nümayəndəsi slovakiyalı Karol Tarnaya vasitəsilə həyata keçirilsin.

(adsgarden = window.adsgarden || []).push({});