ABŞdan Türkiyəyə "100 milyardlıq" səfər


Dünya 07 Sen 2019 18:00:00 200 0

ABŞdan Türkiyəyə "100 milyardlıq" səfər

ABŞ Ticarət naziri Vilbur Ross Türkiyədə səfərdədir.

Son.az Axar.az-a istinadən xəbər verir ki, ötən gün başlayan səfər çərçivəsində Ross İstanbulda mühüm görüşlər keçirəcək.

Onun Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən də qəbul edilməsi gözlənilir.

Rossun keçirəcəyi görüşdə ABŞ-la Türkiyə arasındakı ticarət həcminin 100 milyard dollara artırılması məsələsi gündəmə gətiriləcək.