İran Almaniyadan təyyarə alır


Digərləri 07 Sen 2019 17:57:30 200 0

İran Almaniyadan təyyarə alır

İran Almaniya şirkətindən uçuşa nəzarət təyyarəsinin satın alınması ilə əlaqədar 9,9 milyon dollar dəyərində müqavilə imzalayıb.

Bakı. Elnur Bağışov - İran Almaniya şirkətindən uçuşa nəzarət təyyarəsinin satın alınması ilə əlaqədar 9,9 milyon dollar dəyərində müqavilə imzalayıb. Trend-in məlumatına görə, bunu İranın Aeroportlar və Hava Nəqliyyatı Şirkətinin icra direktoru Siyavuş Əmir Mokri deyib. S.Əmir Mokrinin sözlərinə görə, Almaniya şirkəti ABŞ-ın İran əleyhinə tətbiq etdiyi sanksiyalara görə elan edib ki, hər bir satıcı şirkəti bu təyyarəni istehsalçı şirkətdən sifarişlə satın ala bilər. Əmir Mokri əlavə edib ki, hazırda təyyarənin təmin olunması üçün üçüncü şirkətlə müzakirələr aparılmaqdadır və nəticə də əldə olunub.