Quş parkda oynayan uşağın gözünü tökdü


Digərləri 07 Sen 2019 17:36:00 350 0

Quş parkda oynayan uşağın gözünü tökdü

Avstraliyada parkda oynayan uşağın gözünü sağsağan kor edib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə altı yaşlı Finnin valideynləri Channel 7-in jurnalistlərinə deyiblər.

Hadisə Qərbi Avstraliya ştatının Klarko qoruğunda baş verib. Uşaq parkda gəzirmiş, quş ona yaxınlaşıb və sağ gözünə dimdik atıb.

"O, əliylə sağ gözünü örtüb qışqıraraq mənə doğru qaçdı. Gözünün hər iki qırağından qan axırdı", - Finnin anası Steysi deyib.

Uşağı dərhal xəstəxanaya çatdırsalar da, həkimlər heç nə edə bilməyiblər - uşaq sağ gözü ilə daha görmür.

(adsgarden = window.adsgarden || []).push({});