Türkiyədə 22 yaşlı azərbaycanlını “tok” vurub öldürdü


Dünya 07 Sen 2019 17:21:00 236 0

Türkiyədə 22 yaşlı azərbaycanlını “tok” vurub öldürdü

İstanbulun Fatih bölgəsində 22 yaşlı azərbaycanlı Rüfət Fərhadovu elektrik cərəyanı vurub.

Son.az "Qafqazinfo"ya isitnadən xəbər verir ki, Rüfət Akşəmsəddin məhəlləsində 5 mərtəbəli iş mərkəzinə fiberoptik kabel çəkərkən cərəyana qapılıb. Fərhadovun cəsədi beton üzərinə düşdüyündən onun oradan çıxarılması üçün xilasedicilər cəlb olunub. Azərbaycanlı gəncin cəsədi Yenibosnadakı məhkəmə-tibbi ekspertizasına göndərilib.

Rüfətin ölüm xəbərini alan ailəsi şok keçirib.

Son.az