Facebook telefon nömrələrinin ifşa olunduğunu təsdiqlədi


Digərləri 07 Sen 2019 17:30:00 240 0

Facebook telefon nömrələrinin ifşa olunduğunu təsdiqlədi

Facebook 200 milyona yaxın istifadəçisinin telefon nömrələrinin internetdəki məlumat bazasında ifşa olunduğunu təsdiqləyib.

Son.az APA-ya istinadla xəbər verir ki, şirkət məlumat bazasını kimin yaratdığını və internetə "təhlükəsiz halda" buraxılmasının araşdırıldığını söyləyib.

Sözügedən məlumat bazasında facebook istifadəçilərinin istifadəçi adı və telefon nömrələri təhlükəsizliyi təmin edilməyən veb serverə yüklənilib və şifrə ilə qorunmayıb.

Məlumat bazasının facebook tərəfindən yaradılmadığı düşünülür.

"TechCrunch" saytı məsələ ilə bağlı veb hosting şirkətinə müraciət etdikdən sonra məlumat bazası internetdən yığışdırılıb.

(adsgarden = window.adsgarden || []).push({});