Pərəstişkarları Aygün Kazımovanı Monikaya bənzətdilər


Şou-biznes 07 Sen 2019 17:12:00 238 0

Pərəstişkarları Aygün Kazımovanı Monikaya bənzətdilər

Qeyri-adi tərzi ilə həmkarlarından fərqlənən xalq artisti Aygün Kazımova bu dəfə sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, hazırda ABŞ-da olan müğənni yataqda kamera qarşısına keçib.

Hamam xələtində poza verən müğənninin fotosunu yüz minlərlə pərəstişkarı bəyənib.

Pərəstişkarları ona "Çılğın", "Fransız qadınlarına oxşadınız", "Monika Beluççi" kimi rəylər yazıblar.