Əfsanəvi telefon yenidən istehsal ediləcək


Digərləri 07 Sen 2019 16:36:00 233 0

Əfsanəvi telefon yenidən istehsal ediləcək

"Nokia" brendi altında mobil cihazların istehsalı və satışı ilə məşğul olan "HMD Global" şirkəti əfsanəvi "2720 Flip" qatlanan telefon modelini yenidən istehsal edəcək.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, "Nokia 2720 Flip" və digər dörd yeni telefon modeli Berlində baş tutmuş "IFA" sərgisində artıq nümayiş edilib.

Bildirilir ki, "Nokia 2720 Flip" telefonuna müxtəlif proqramları, o cümlədən mesajlaşma proqramlarını yükləmək mümkündür.

Telefon "KaiOS" əməliyyat sistemi, 2 meqapiksellik kamera, 512 meqabaytlıq operativ yaddaş və 1500 mAh gücündə batareya ilə təchiz olunub.

(adsgarden = window.adsgarden || []).push({});