Dövlət Gömrük Komitəsinin sədri baş idarələrin rəhbərlərinə tapşırıq verib (FOTO)


Digərləri 07 Sen 2019 16:24:21 174 0

Dövlət Gömrük Komitəsinin sədri baş idarələrin rəhbərlərinə tapşırıq verib (FOTO)

Dövlət Gömrük Komitəsinin sədri baş idarələrdə mövcud vəziyyətlə tanış olub

Bakı. Sentyabrın 7-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Komitə sədrinin müavinləri və aidiyyəti strukturların rəhbərləri Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi və Bakı Baş Gömrük İdarəsində mövcud vəziyyətlə tanış olublar və hər iki qurumda xidməti müşavirə keçirilib. DGK-dən Trend-ə verilən məlumata görə, Komitə sədri idarələrdə gömrük işinin təşkili prosesini müşahidə edib, gömrük əməkdaşlarına müvafiq tapşırıqlarını verib, sahibkarlarla görüşərək onların fikirlərini, xidmətin təşkili barədə təklif və rəylərini dinləyib. Hər iki qurumda keçirilən xidməti müşavirələrdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Prezident İlham Əliyevin gömrük sistemində həyata keçirdiyi islahatlar, bu islahatların beynəlxalq ticarətin asanlaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi, vətəndaş məmnuniyyətinin və şəffaflığın təmin olunmasında mühüm rolundan bəhs edib.