Əlbəyaxa oldular, məhkəməyə düşdülər, küsülü öldülər...


Kriminal 07 Sen 2019 16:12:00 226 0

Əlbəyaxa oldular, məhkəməyə düşdülər, küsülü öldülər...

Dünyanın bütün sənət cameələrində şəxsi münaqişələr, davalar və küsüşmələr olur. Bizim istəyimizdən asılı olmayaraq bu, bir gerçəklikdir. İnkişaf etmiş ölkələrdə bu cür münaqişələri mətbuatdan və oxucudan gizləmirlər. Çünki gerçəklikdən qorxmağa dəyməz. Əksinə sənət dünyası bu çtışan-çatışmayan cəhətlərinə görə də maraqlıdır. Azərbaycanın sənət cameəsində, o cümlədən teatr aləmində də çoxlu münaqişələr olub.

Son.az kulis.az-a istinadla onların bir qismi ilə sizi tanış edirik.

Mehdi Məmmədov - Adil İsgəndərov

Hər ikisi böyük rejissor olduğuna görə aralarındakı qısqanclıq bir az ifrata varmışdı. Uzun sürən münaqişənin nəticəsində Adil İskəndərov teatrdan uzaqlaşıb kino sahəsinə getdi.

Adil İsgəndərov - Yusif Vəliyev

Bir-birini dindirməyiblər. Lakin Adil İsgəndərov "Axırıncı aşırım" filmində özünün oynadığı Kərbəlayi İsmayıl rolunun səsləndirilməsin üçün Yusif Vəliyevin çağırılmasını tapşırıb. Eyni zamanda, "Nəsimi" filminin çəkilişləri öncəsi Teymurləng rolu üçün özü foto-sınaqda iştirak etsə də, bu rola Yusif Vəliyevi seçmişdi. Hər iki hadisə baş verəndə Adil İsgəndərov C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının direktoru idi.

Nəcibə Məlikova - Hökümə Qurbanova

Şəxsi zəmində araları dəymişdi. Həm də təbii ki, rol qısqanclığı da vardı. Lakin Hökümə Qurbanova Nəcibə Məlikova ilə küsülü olsa da "Ögey ana" filmində onun oynadığı obrazı səsləndirməyə razı olur.

Leyla Bədirbəyli - Əliağa Ağayev

Onlar arasındakı söz-söhbət teatrın rəsmi iclasına da yansıyır. Deyilənə görə, onlar burda bir-birilərini təhqir də etmişdilər. Çoxu isə bu hadisəni lətifə kimi danışır.

Cənnət Səlimova - Amaliya Pənahova

Amaliya Pənahovanın rəhbərlik etdiyi Bakı Bələdiyyə Teatrı və Cənnət Səlimovanın rəhbərlik etdiyi Kamera Teatrı eyni binada - Şəhriyar klubunda yerləşirdi. Hər iki sənətkar öz teatrına yer almağa çalışdığı üçün mənafelər toqquşurdu. Münaqişə də burdan başlamışdı.

Fuad Poladov - Bəsti Cəfərova

Fuad Poladov Bəsti Cəfərovaya görə Mehriban Ələkbərzadənin "Afət" tamaşasında baş rolu oynamaqdan imtina edir. O, tərəf-müqabil kimi onunla oynamaq istəmir. Bu hərəkətinə görə, Bəsti Cəfərova onu heç vaxt bağışlamır və yasına getmir.

Bəsti Cəfərova - Hicran Nəsirova

Şəxsi zəmində dərin münaqişə yaşayıblar. Lakin bu münaqişənin içərisində iki gözəl aktrisanın bir-birinə sənət qısqanclığı da vardı.

Səyavuş Aslan - Vaqif Mustafayev

"Bəyin oğurlanması" filmində rejissor Vaqif Mustafayev kadrın təbii alınması üçün Muxtar Maniyevin gizlincə Səyavuş Aslanı vurmasını istəyir. M.Maniyev onu vuru və kadr çəkilir. Lakin bundan sonra Səyavuş Aslan Vaqifdən inciyir və ömür boyu onu danışdırmayıb. Beləliklə, Vaqif Mustafayevin filmlərində çəkilmək imkanını itirir.

Səyavuş Aslan - Hacıbaba Bağırov

(adsgarden = window.adsgarden || []).push({});