Əlilliyi olan şəxslərin bu işlərə cəlb edilməsinə yol verilməyəcək


Digərləri 07 Sen 2019 16:03:00 267 0

Əlilliyi olan şəxslərin bu işlərə cəlb edilməsinə yol verilməyəcək

Xüsusiyyətlərindən asılı olaraq, əlilliyi olan şəxslərin bir sıra işlərə cəlb edilməsinə yol verilməyəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "Əlilliyi olan şəxslərin iş yerlərinin standartları"nda öz əksini tapıb.

Bu standartlara əsasən, həmin işlər nərdivandan və digər vasitələrdən istifadə etməklə, hündürlüyə qalxmaqla görülən, bədən əzələlərinin statik gərginliyinə səbəb olan əmək prosesi ilə bağlı, kəskin vaxt çatışmazlığı ilə bağlı (məsələn, məcburi ritmdə işləyən konveyerdə, narahat halda (çömbələrək, dizi üstə əyilərək və s.) görülən məcburi iş vəziyyəti, qarın və sinə ilə avadanlığa, əmək alətlərinə güc edilməsi, iş görərkən qamətin 15 dərəcədən çox əyilməsi ilə bağlıdır.

Əlilliyi olan şəxslərin xüsusiyyətlərindən və əlilliyi olan şəxslərin həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin məhdudlaşmasından asılı olaraq, əlilliyi olan şəxslərin bir sıra işlərə cəlb edilməsinə yalnız əlilliyi təyin edən müvafiq tibbi-sosial ekspert komissiyasının razılığı ilə yol verilir.