ABŞ kosmosda müharibəyə hazırlaşır


Dünya 07 Sen 2019 15:22:00 229 0

ABŞ kosmosda müharibəyə hazırlaşır

Birləşmiş Ştatların Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri, general Cozef Danford ölkənin kosmik qüvvələrinə təhdid ola biləcək ölkələrin adını açıqlayıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Danford beynəlxalq əlaqələr üzrə qeyri-hökumət şurasının iclasında bildirib.

O, vurğulayıb ki, 1990-cı illərdə ABŞ güclərinin kosmosda yerləşdirilməsi zamanı rəsmi Vaşinqton bu sahədə rəqiblərin olmaması mövqeyindən çıxış edirdi. Hazırda isə kosmos rəqabət məkanına çevrilib.

"Bizim düşmənlərimiz siyahısında Şimali Koreya, Rusiya, Çin və İran var", - deyə Danford vurğulayıb.

O, əlavə edib ki, bu ölkələr kosmosda ABŞ potensialına, həmçinin ölkənin hərbi və kosmik maraqlarına təhdiddir.

(adsgarden = window.adsgarden || []).push({});