Teztez tualetə getmək xərçəng əlamətidir?


Digərləri 07 Sen 2019 15:30:00 271 0

Teztez tualetə getmək xərçəng əlamətidir?

Türkiyəli ginekoloq Emel Kurtoğlu Özdeşin sözlərinə görə, tez-tez sidiyə çıxmaq xərçəng xəstəliyinin əlaməti ola bilər.

Son.az publika.az-a istinadən xəbər verir ki, yumurtalıq xərçəngi müəyyən edilməsi çətin olan qadın xəstəlikləri arasında yer alır. Həkimin sözlərinə görə, diaqnozu əsasən daha irəli mərhələdə müəyyən olduğu üçün qadınlarda ən çox ölümə səbəb olan xəstəliklərin başında gəlir. Ailə üzvlərində yumurtalıq və ya döş xərçəngi olan qadınların xəstəliyə yaxalanma riski daha yüksəkdir. Eyni zamanda, sonsuzluq, şokolad kisti ilə mübarizə aparan, siqaret istifadə edən və kök qadınlar da yumurtalıq xərçəngi riski daşıyır.

Yumurtalıq xərçənginin ən mühüm əlamətləri belədir:

Qarın şişkinliyi;

Yemək istəyinin az olması və ya tez doyma hissi yaşamaq;

Tez-tez sidiyə çıxmaq;

Təkrarlanan qasıq və ya qarın ağrısı.

(adsgarden = window.adsgarden || []).push({});