Baş nazirin müavini: Azərbaycan vətəndaşının kənd təsərrüfatı məhsullarına olan ehtiyacının ödənilməsi təmin edilib


Digərləri 07 Sen 2019 12:00:00 167 0

Baş nazirin müavini: Azərbaycan vətəndaşının kənd təsərrüfatı məhsullarına olan ehtiyacının ödənilməsi təmin edilib

Azərbaycan hökuməti kənd təsərrüfatı məhsullarının istehsalının bolluğunu təmin etmək yolu ilə hər bir vətəndaşın ehtiyacının ödənilməsinə töhfəsini verir.

Bakı. Elçin Mehdiyev - Azərbaycan hökuməti kənd təsərrüfatı məhsullarının istehsalının bolluğunu təmin etmək yolu ilə hər bir vətəndaşın ehtiyacının ödənilməsinə töhfəsini verir. Yəni ən vacib istiqamətlərindən biri bundan ibarətdir. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini - icra katibi, Baş nazirin müavini Əli Əhmədov deyib. O bildirib ki, digər istiqamət isə hökumətin iştirakı ilə kənd təsərrüfatı məhsullarının vətəndaşlara çatdırılması imkanlarının genişlənməsi olmalıdır: “Əhalinin müxtəlif kateqoriyalarının imkanlarına uyğun şəkildə onlara xidmətlərin göstərilməsi müasir bazar iqtisadiyyatının ən vacib istiqamətlərindən biridir. Bunsuz bazar iqtisadiyyatını təsəvvür etmək mümkün deyil”. Ə.Əhmədov qeyd edib ki, bu gün Azərbaycanda həm yüksək, həm də orta səviyyədə qiymətlərin olduğu müşahidə olunur: "Eyni zamanda kənd təsərrüfatı məhsullarının daha ucuz qiymətə satışı üçün yarmarkalar təşkil edilib. Beləliklə də hər bir Azərbaycan vətəndaşının kənd təsərrüfatı məhsullarına olan ehtiyacının ödənilməsi təmin edilib. Lakin bizi narahat edən məqam ondan ibarətdir ki, bəzi hallarda süni qiymət artırmaq səyləri də var. Bunlar da qiymətlərin artmasına təsir göstərir". Baş nazirin müavini vurğulayıb ki, dövlət tərəfindən minimum əmək haqları, pensiyaların ciddi şəkildə artırılması ilə əlaqədar qəbul olunan qərarın da bazara təsirini qəbul etmək lazımdır: "Dövlət sektorunda işləyən insanların maaşları artırsa, o zaman təbii olaraq xidmətlərin qiymətlərində də müəyyən bir yüksəlmə hiss olunacaq. Amma bunların hamısı ədalət prinsipi əsasında həyata keçirilməlidir. Hökumətin həyata keçirmək istədiyi bütün səylər bu prinsiplər əsasındadır”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin