Burcu boşandı, məhkəmədən gülərək çıxdı


Digərləri 07 Sen 2019 11:29:00 354 0

Burcu boşandı, məhkəmədən gülərək çıxdı

Ötən il Nyu-Yorkda evlənən məşhur aparıcı Burcu Esmersoyla Berk Suyabatmaz boşanıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, cütlük razılaşma yolu ilə münasibətlərinə nöqtə qoyub.

Dünən İstanbul 13-cü Ailə Məhkəməsində baş tutan proses 10 dəqiqə çəkib.  İclasa Esmersoy və Suyabatmaz vəkilləri ilə birgə qatılıb. Mətbuata açıq olan iclasda hakim Burcuya "Boşanmaq istəyirsiz?" sualını verib.  Aparıcı "Bu mövzuda razılığa gəlmişik. Mal paylaşımı, maddi-mənəvi təzminat tələbimiz yoxdur" - deyib.

Daha sonra məkandan gülümsəyərək çıxan iki tanınmış şəxs KİV nümayəndələrinin suallarına cavab verməyiblər.

(adsgarden = window.adsgarden || []).push({});